Mərkəzi Bank maliyyə maarifləndirməsi təlimləri keçirib
Mərkəzi Bank “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin, həmçinin “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) “Rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi” istiqamətinin icrası ilə bağlı silsilə tədbirləri davam etdirir.
Cari ilin dekabr ayında ümumilikdə 1000-ə yaxın iştirakçı üçün 16 maliyyə maarifləndirici təlim keçirilmişdir. Təlimlərə Binəqədi Gənclər Evində tələbə-gənclər, Masallı və Balakən rayonlarında Regional ABAD mərkəzlərində “Abadçı ailələr”, Mingəçevir Dövlət Universitetinin tələbələri, Yevlax rayonunda “Həyat bilgisi fənni”ni tədris edən bir qrup müəllim, eləcə də Bakı şəhərindəki bir sıra bağça və orta məktəblərin şagird və müəllim heyəti cəlb edilmişdir.
Təlim iştirakçılarına müvafiq hədəf qrupları üzrə “Rəqəmsal ödənişlər”, “İstehlakçı büdcəsinin planlaşdırılması”, “Bank əməliyyatları”, “Yığım”, “Pulun yaranma tarixi”, ”Məsuliyyətli borclanma” və “Pul nişanlarının mühafizə elementləri” mövzuları tədris olunmuş, iştirakçıların sualları ətraflı cavablandırılmışdır. Qeyd edək ki, regionlarda keçirilmiş təlimlər zamanı Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) ölkə nümayəndəliyi yaxından iştirak etmiş və dəstək göstərmişdir.
Təlimlər zamanı iştirakçılara bizimpullar.az portalı, edu.e-cbar.az virtual təhsil platforması və axtar.bizimpullar.az (infobank.az) maliyyə məhsul və xidmətlərinin axtarış sistemi barədə geniş məlumat verilmişdir.
Bununla yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Rusiya Federasiyası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 9-10 dekabr 2019-cu il tarixlərində Moskva şəhərində “Müstəqil Dövlətlər Birliyində (MDB) maliyyə savadlılığı” mövzusunda keçirilmiş konfransda Mərkəzi Bankın nümayəndəsi iştirak etmişdir.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən müvafiq Strateji Yol Xəritəsi və Dövlət Proqramının icrası ilə əlaqədar əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlər regional əhatəlilik daha da genişləndirilməklə 2020-ci ildə də davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
28 d. əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Recent Group” və “Area Alfa Group” şirkətlərinin rəhbərəri barəsində cinayət işi başladı
-
1 saat əvvəl
"Bir insanın əmək qabiliyyətini tam itirməsi 3 milyon manat zərər deməkdir"
-
1 saat əvvəl
“PSG-Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
-
1 saat əvvəl
İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib
-
1 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyində Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib
-
2 saat əvvəl
"Baytarlıq preparatları insan sağlamlığına da dolayı yolla risk təşkil edir”
- 2 saat əvvəl
- 3 saat əvvəl