Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

MTRŞ bu il 6 şirkətə lisenziya verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
MTRŞ bu il 6 şirkətə lisenziya verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 6 teleradio yayımçısına lisenziya verilib.

 

Reklam_3_11

Bu barədə MTRŞ-ın 2019-ci il üzrə hesabatında bildirilib.

 

Qeyd olunub ki, Şura tərəfindən 2019-cu ildə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın qüvvəyə mindiyi gündən etibarən qüvvədə olan lisenziyaların müddətsiz hesab edilməsi ilə bağlı teleradio yayımçılarına verilmiş qüvvədə olan lisenziyaların yenidən rəsmiləşdirilməsi və onlara müddətsiz lisenziyalar verilməsi sahəsində müvafiq işlər həyata keçirilib.

 

Cari ildə Şura tərəfindən 6 teleradio yayımçısına (1 ümumrespublika televiziya yayımçısı, 1 kabel şəbəkəsi yayımçısı, 4 İP TV operatoru) lisenziya verilib.

 

- Şuranın 28 fevral 2019-cu il tarixli Qərarına əsasən, “MediaArt” şirkətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilib.

 

- Şuranın 23 aprel 2019-cu il tarixli Qərarına əsasən “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müddətsiz lisenziya verilib.

 

- Şuranın 28 iyun 2019-cu il tarixli qərarına əsasən “Selnet” MMC, “Megalink” MMC və “Bulud Store” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilib.

 

- Şuranın 04 dekabr 2019-cu il tarixli Qərarına əsasən, “Port Castle” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilib.

 

Həmçinin Şuranın 05 noyabr 2019-cu il tarixli Qərarına əsasən, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilmişdir. Müsabiqədə iştirak etmək üçün 5 (beş) iddiaçı sənədlərini Şuraya təqdim edib.

30.12.2019 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ