Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

5 illik dövlət istiqrazı buraxılacaq - MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 illik dövlət istiqrazı buraxılacaq - MƏBLƏĞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyi tərəfindən 2020-ci il ərzində ümumi həcmi 850 milyon manat məbləğinədək dövlət qiymətli kağızlarının buraxılışı nəzərdə tutulur.

 

Reklam_3_11

Nazirliyin mətbuat xidmətindən "Marja"ya bildirilib ki, qeyd olunan buraxılış çərçivəsində 300 milyon manat dövlət qısamüddətli (1 il və daha qısa) və 550 milyon manat ortamüddətli (1 ildən 5 ilədək) dövlət qiymətli kağızların daxili maliyyə bazarlarında buraxılmasını təsdiq edən müvafiq sənədlər, o cümlədən dövlət istiqrazlarının buraxılış şərtləri artıq dövlət qeydiyyatına alınıb.

 

İnvestorlar tərəfindən daha uzunmüddətli dövlət qiymətli kağızlarına olan tələbatın artmasını nəzərə alaraq 2020-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq dövriyyə müddəti 5 ilədək olan dövlət istiqrazlarının emissiya edilməsi nəzərdə tutulur.

 

"Bununla Prezident İlham Əliyevin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədində qarşıya qoyulan vəzifələrin icrası, habelə daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və daha uzunmüddətli qiymətli kağızlar üzrə istinad dərəcəsinin (bençmark) müəyyən olunması təmin edilməklə qiymətli kağızlar bazarının inkişafı daha da sürətləndiriləcək.

 

Cari və əvvəlki illərdə olduğu kimi növbəti ildə də dövlət istiqrazları üzrə keçiriləcək hərraclar barədə dövrü olaraq rüblük, habelə həyata keçirilən hərracların nəticələri barədə məlumatlar hərrac baş tutduqdan dərhal sonra nazirliyin rəsmi saytında dərc olunacaq",- Nazirliyin məlumatında deyilir.

30.12.2019 15:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ