Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft ABŞ-ın iranlı generalı öldürməsi ilə kəskin bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ABŞ-ın iranlı generalı öldürməsi ilə kəskin bahalaşdı

ABŞ Prezidenti Donald Trampın əmri ilə təşkil edilən bir hava hücumunda İraqda olan yüksək vəzifəli bir İranlı general öldürülüb. Bunun nəticəsində dünyanın ən mühüm neft istehsal bölgəsi Orta Şərqdə gərginliyin daha da artacağı narahatlıqları ilə Brent neftinin qiyməti 70 dollara yaxınlaşıb.

 

"Marja" xəbər verir ki, Brent nefitinin qiyməti 4%-dən çox yüksələrək 69,19 dolları görüb. Hava hücumunun ardından ABŞ xam nefti 4,4% bahalaşaraq 63.84 dollara qədər qalxıb. Sonradan qiymətlər bir qədər geriləyib. Hazırda (Bakı vaxtı ilə saat 11:25-də ) Brent nefti 3% bahalaşma ilə 68,24 dollardan alıcı tapır.

 

Xəbər verdiyimiz kimi, ABŞ-ın İraqın paytaxtı Bağdadda hava limanına təşkil etdiyi hava hücumunda İran İnqilab keşikçiləri Ordusuna bağlı Qüds Gücü Komandiri, general Qasım Süleymani və İran tərəfli "Haşdi Şabi" təşkilatının lider köməkçisi Ebu Mehdi əl-Mühendis öldürülüb.

 

Analitiklər bildirirlər ki, bu hadisə, İranın "burnunun qanamasından" daha çox bir şeydir. Bu, yeni Orta Şərq müharibəsinə səbəb ola biləcək aqressiv bir güc nümayişi və açıq bir təxribatdır. 

 

İranın ən güclü generallarından birinin öldürülməsi, ABŞ və İran İslam Respublikası arasında gərginliyi daha da artırıb. Bu hadisə, Orta Şərqdə yeni bir müharibəyə səbəb ola biləcək xüsusiyyətdədir.

03.01.2020 08:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ