Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Türkiyənin ixracında yeni rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin ixracında yeni rekord

2019-cu ildə Türkiyənin mal ixracı 2.04% artımla 180.5 milyard dollar təşkil edib


 

Reklam_3_11

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, Nazirlikdə təşkil etdiyi mətbuat konfransında 2019-cu il il xarici ticarət rəqəmlərini açıqlayıb. 

 

"Marja" xəbər verir ki, Pekcan, keçən il qlobal iqtisadiyyatda görülən bütün çətinliklərə və mənfi faktorlara baxmayaraq Türkiyənin ixracının rekord yenilədiyini açıqlayıb.

 

Pekcan, "2018-də rekord qırmışdıq, ötən il o rekordun da üzərinə çıxdıq. 2019-cu il xracatımız 2,04% artımla 180 milyard 468 milyon dollar təşkil edib" ifadələrini istifadə edib. 

 

Pekcan, Türkiyənin idxalının isə 9% azalaraq 210 milyard 394 milyon dollar olaraq reallaşdığını dilə gətirərək, "Xarici ticarət kəsirimiz də 44,9% düşərək, 2018-ci ildə 54 milyard 323 milyard dollar ikən, 2019-da 29 milyard 926 milyon dollar olaraq reallaşdı. Bu səbəbdən ölkəmizin xarici maliyyə ehtiyacına 24 milyard 397 milyon dollarlıq kömək olub. İxracın idxalı qarşılama nisbəti də 9,3 bənd artaraq 76,5%-dən 85,8%-ə yüksəlmişdir" deyib. 

 

Pekcan, 2019-cu ilin yanvar-oktyabr dövrü məlumatlarına görə, xidmət ixracatının da bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artımla 46,6 milyard dollar səviyyəsində reallaşdığını, 28 milyard dollar xidmət ticarəti artıqlığı (profisiti) yarandığını qeyd edib. Bundan əlavə, ötən il Türkiyənin podrat şirkətləri xarici ölkələrdə 18 milyard dollarlıq layihələrin qalibi olublar.

03.01.2020 13:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ