Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sabaha gözlənilən hava şəraiti açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha gözlənilən hava şəraiti açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yanvarın 5-nə olan hava proqnozu açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3 - 6° isti, gündüz 7 - 9° isti, Bakıda gecə 3 - 5° isti, gündüz 7 - 9° isti olacaq.

 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80 - 90 % olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 5-6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi cənub və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Lənkəran - Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6 - 11° isti, dağlarda gecə 3 - 8° şaxta, gündüz 0 - 5° isti olacaq.

04.01.2020 10:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ