Sabaha olan hava proqnozu açıqlanıb
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib