Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İranın 52 obyektinə zərbə endirməyə hazırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İranın 52 obyektinə zərbə endirməyə hazırıq"

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər amerikalılara hücum edilsə, Birləşmiş Ştatlar İranın 52 obyektinə zərbələr endirməyə hazırdır.

 

Reklam_3_11

ABŞ prezidenti bununla bağlı özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Ağ Ev rəhbəri bildirib ki, əgər İran ABŞ və amerikalılara hücum etsə, Vaşinqton buna çox sürətli və güclü cavab verəcək.  

 

"Qoy bu xəbərdarlıq olsun, əgər İran amerikalılara və ya Amerikanın əmlakına zərbə vursa, biz İranın (çox il əvvəl Amerikanın İran tərəfindən tutulmuş 52 girovuna uyğun olaraq) 52 obyektini hədəfə almışıq, bəzi yüksək səviyyəli və İran üçün əhəmiyyətli olan bu hədəflər İranın özü kimi sürətli və güclü zərbəyə məruz qalacaqlar. ABŞ daha hər hansı təhlükələr istəmir", - Tramp “Twitter”də yazıb.

 

İRANDAN CAVAB

 

İranın Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musavi ABŞ prezidenti Donald Trampın ölkəsinin 52 obyektinin vurulması ilə bağlı təhdidlərinə cavab verib.

 

İran rəsmisi ABŞ-ın bu addımı atmağa cəsarət etməyəcəyini bildirib.

 

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ınb hərbi qüvvələrin İraqın paytaxtı Bağdaddakı hava limanına endirdikləri raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub.  

05.01.2020 08:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ