Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Dolların ucuzlaşması yeni başlamış ola bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dolların ucuzlaşması yeni başlamış ola bilər"

Mütəxəssislər, dekabrda ucuzlaşan ABŞ dolları üçün 2020-də daha da pisi ola biləcəyinə diqqət çəkirlər.


 

Hollandiyanın maliyyə xidmətləri şirkəti "ABN Amro"ya görə, ABŞ ilə Çin arasındakı ticarət razılaşması və qlobal iqtisadiyyatda yaxşılaşma işarələri "etibarlı liman" tələbini azaltması ilə dolların dəyərdən düşməsi davam edəcək.

 

Qeyd edək ki, qlobal miqyasda risklər artdıqda "etibarlı liman" alətlərindən biri olan Dollara tələb artır və bu zaman ABŞ valyutasında bahalaşma müşahidə olunur. Hazırda əks proseslər baş verir.

 

"ABN Amro"nun strateqi Georgette Boele, "Dollar 2019-cu ildə "etibarlı liman" tələbi ilə bahalaşmışdı, ancaq indi ticarət razılaşması oldu. Dollar uzun və davamlı zəifləmə trenidinə girə bilər" şərhini edib. 

 

ABŞ-ın pul vahidinin 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar İndeksi dekabr ayında 2% düşüb. Bu təxminən 2 ilin ən böyük aylıq enişi olub.

 

Dollar indeksi 2017-də gördüyü ən yüksək səviyyədən 7%-dən çox düşüb.

Uzun müddətdir ticarət müharibəsini davam etdirən ABŞ və Çinin razılaşmaya yaxın olduqlarına dair siqnallar gəlməsilə Dollar Oktyabr ayından etibarən zəifləməyə başlayıb. 

 

Dolların zəifləməsindəki bir başqa faktor da ABŞ Mərkəzi Bankının (Fed) iqtisadi artımı dəstəkləmək üçün İyul, Sentyabr və Oktyabrda etdiyi ardıcıl faiz endirimləri olub. 

 

"M&G Investments"dən Jim Leabiss Fed-in bu il də faiz endirimi üçün bir qədər sahəsə olduğunu, bu səbəbdən də dollarda eniş gözlədiyini söyləyib. Mütəxəssis,  "ABŞ seçkilərinə yaxınlaşarkən iqtisadi artım ləngisə Fed-in üzərində daha çox təzyiq ola bilər" şərhini edib.

 

"National Australia Bank" da dolların ucuzlaşmasını gözlədiklərini, amma bunun ani bir hərəkət olmayacağını qeyd edib. 

 

UCUZLAŞMA GÖZLƏMƏYƏNLƏR DƏ VAR

 

Dollarda ucuzlaşma gözləməyənlər də var. Qlobal investisiya bankı "Citigroup" dolların Kanada dolları və Avro qarşısında güclənəcəyini və ABŞ iqtisadiyyatının digər iqtisadiyyatlardan daha yaxşı performans göstərəcəyini nəzərdə tutur.

 

Digər qlobal investisiya bankı "Goldman Sachs" isə, Avro və Çin yuanı əhəmiyyətli ölçüdə dəyər qazanarsa dolların düşə biləcəyini, ancaq bunun hələlik mümkün görünmədiyini qeyd edib. Bankın strateqləri keçən ay dollarda heç olmasa bir neçə ay üçün eniş gözləmədiklərini bildirmişdilər.

06.01.2020 05:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ