Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyənin fındıq ixracında rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin fındıq ixracında rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə 2019-cu ildə fındıq ixracından 2 milyard 28 milyon dollar gəlir əldə edib.


 

Reklam_3_11

Qaradəniz Fındıq və Məmulları İxracatçıları Birliyi (KFMİB) İdarə heyətinin sədri İlyas Edip Sevinç etdiyi yazılı açıqlamada, keçən il Türkiyənin 319 min 772 ton fındıq ləpəsi və məmulları ixrac reallaşdırdığını bildirib. 

 

"Marja" xəbər verir ki, açıqlamasında bu rəqəmin qabıqlı olaraq təxminən 640 min tona bərabər olduğunu qeyd edən Sevinç, "Fındıq ixracatımız miqdar ifadəsində bütün zamanların ən yüksək rəqəmidir. 2019-cu ildə reallaşdırılan 319 min 772 ton iç fındıq ixracı qarşılığında 2 milyard 28 milyon 727 min 972 dollar valyuta gəliri əldə edilib" məlumatını verib. 

 

O, 2018-ci illə müqayisədə fındıq ixracının miqdar ifadəsində 14,5%, məbləğ ifadəsində isə 24% artdığını qeyd edib.

 

Sevinç Türkiyənin Çinə fındıq ixracının artdığını bildirib. 
 

"Çin Xalq Respublikasına 2019-cu ildə 11 min 180 ton fındıq ləpəsi ixrac edilib və 87,2 milyon dollar gəlir əldə edilib. Çin Türkiyənin ən çox fındıq ixrac etdiyi ölkələr arasında 6-cı yerdədir. Qarşıdakı bir neçə il ərzində Çin Xalq Respublikasının, Almaniya və İtalyanın ardından 3-cü yerə yüksəlməsini gözləyirik. Bundan sonra fındıqda təklif artıqlığı problemi yaşanmayacaq. İstehsal edilən fındığın bazara çıxarılmasında bir çətinlik yaşanmazsa 2020-ci ildə də bu artım trendi davam edəcək."

06.01.2020 06:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ