Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Bank Silk Vey"in nümayəndələrilə söhbət etmək fürsəti

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Bank Silk Vey"in nümayəndələrilə söhbət etmək fürsəti

 

 

"Bank Silk Way" hər kəsi aprelin 6-dan 8-ə kimi Bakıda keçiriləcək 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017" sərgisini ziyarət etməyə dəvət edir.

 

"Bank Silk Vey" ASC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, ziyarətçilər AZAL və onun tərəfdaşı Bank Silk Way-ın birgə stendində aviaşirkətin və bankın nümayəndələri ilə söhbət edə biləcəklər. Həmçinin bankın məhsulları və miles kartları haqqında dolğun məlumat alıb, kartları stenddə onlayn sifariş etmək imkanı qazanacaqlar.

 

Kartları onlayn sifariş edən sərgi iştirakçıları əlavə 100 bonus balı hədiyyə qazanacaqlar. Kart sifarişi zamanı şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

 

Sərgi müddətində stendin ziyarətçiləri arasında "Azərbaycan Hava Yolları"-nın uçuşlar yerinə yetirdiyi istiqamətlərə pulsuz aviabiletlər, həmçinin Visa Classic Miles, Visa Gold Miles və Visa Platinum Miles kartları oynanılacaq.

 

"AITF" sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçı və qonaqları bir araya toplayaraq mühüm görüşlərin keçirildiyi və tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi turizm sənayesinin qovşağına çevrilmişdir.

05.04.2017 11:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ