Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rumıniyada 44-cü “SOCAR” istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rumıniyada 44-cü “SOCAR” istifadəyə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

 

Reklam_3_11

Ölkənin cənubi-qərb regionunda, Serbiya və Bolqarıstan istiqamətindəki avtomagistrallar üzərində yerləşən Craiova şəhərində “SOCAR” brendi altında sayca 44-cü YDM açılıb. Yeni məntəqə, bu regionda müştərilərin ixtiyarına verilən sayca ilk YDM-dir. Məntəqədə 3 sayğac və elektriklə işləyən elektromobillər üçün şarj quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcək. YDM ərazisindəki "Nar" kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur. “Made in Azerbaijan” brendinin təbliği istiqamətində bütün məntəqələrdə Azərbaycan guşəsi yaradılıb və burada ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

 

Rumıniyada investisiya layihələrini uğurla reallaşdıran SOCAR, bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda SOCAR Rumıniyanın 21 regionu - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovada yanacaqdoldurma məntəqəsinə malikdir.

 

Qeyd edək ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Azərtac

06.01.2020 10:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ