Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Geosiyasi risklərə baxmayaraq ABŞ-da indekslər artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Geosiyasi risklərə baxmayaraq ABŞ-da indekslər artıb

ABŞ-da indekslər geosiyasi risklərə baxmayaraq, Çin heyətinin 13 Yanvarda Vaşinqtona gedəcəyi xəbərindən dəstək alıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, dünən "Dow Jones" indeksi 0,24% artımla 28 703,38 bənd, S&P 500 indeksi 0,35% artıma 3246,28 bənd və Nasdaq indeksi 0,56% artımla 9071,47 bənd səviyyələrindən bağlanıb.

 

İran İnqilab Keşikçiləri Korpusuna bağlı "Qüds Gücü"nün komandiri general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinin ardından güclənən geosiyasi risklər bazarlar tərəfindən izlənilməyə davam edilir.

 

ABŞ-İran gərginliyinin sürətli bir şəkildə artmasına əlavə olaraq İraqdan verilən açıqlamalar da riskləri artıran faktorlardan biri olub. İraqın, xarici qüvvələrin ölkədən çıxarılması üçün qanuni addımları və proseduraları hazırlama mərhələsində olduğu bildirilib. ABŞ-ın Müdafiə naziri Mark Esper: İraqdan çıxmaq ilə əlaqədar hər hansı bir qərar söz mövzusu deyil. Çıxmaq ilə əlaqədar bir qərar və ya planımız da yoxdur" deyib.

 

"Bloomberg"in mövzuya yaxın mənbələrə istinadən yaydığı xəbərinə görə, Çin, 15 Yanvarda birinci mərhələ ticarət razılaşmasının imzalanması üçün Vaşinqtona heyət göndərməyi planlaşdırır. Adlarının gizli qalmasını istəyən mənbələr, heyətin 13-15 Yanvar tarixlərində Vaşinqtonda olacağını bildiriblər.

07.01.2020 05:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ