Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"TİENS" mallarından istifadə etdi, sağlamlığına ciddi zərər dəydi

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "TİENS" mallarından istifadə etdi, sağlamlığına ciddi zərər dəydi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"TİENS" vətəndaşların hüququnu pozur. “Marja” xəbər verir ki, bunu "Azad İstehlakçılar"İctimayi Birliyinin sədri Eyub Hüseynov bildirib.

Reklam_3_11


O qeyd edib ki, 2016 -cı ildə "Azad İstehlakçılar "İctimayi Birliyinə (AİİB) Nəsiimi rayon sakini Abdullayeva Xoşqədəm ərizə ilə müraciət edərək, o zamanlar Zivər Bəy Əhmədbəyov 29 ünvanda yerləşən "Tyan-Şİ" korporasiyasına məxsus "TİENS" mallarının (qida əlavəsi) satışı ilə məşqul olanlar tərəfindən aldadılaraq ondan 2500 AZN alındığını bildirmişdir.

 

AİİB vətəndaşın hüququnu təmənnasız olaraq qorumaq üçün İqtisadiyyat Nazirliyinə,Vergilər Nazirliyinə,Baş Prokurorluğa rəsmi məlumatlar versə də,  heç bir dövlət orqanı qaçqın vətəndaşın hüququnun bərpası üçün əməli işlər görməmişdir!

 

04.04.2017 tarixdə Bakı şəhər sakini Fəridə xanım da AİİB-ə ərizə ilə müraciət edərək "TİENS" mallarından istifadə nəticəsində sağlamlığına ciddi zərər dəydiyini bildirərək hüququnun qorunmasını xahiş etmişdir. Mübahisəni mediyasiya (danışıq) yolu ilə həll etmək üçün AİiB-in sədri "TİENS"-in nümayəndəsi Arzu xanımla görüşsə də nəticə əldə olunmamış, görüş Arzunun hədə-qorxuları ilə müşaiyət olunmuşdur.AİİB yenidən dövlət orqanlarına rəsmi müraciətlər edəcəkdir. 


Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Cənab Eyyub Hüseynova

Yasamal rayonu Ş.Mehdiyev 97,mənzil 134 ünvanında yaşayan 
Səmədzadə Fəridə Səməd qızı tərəfindən(Tel:012 433 30 07/050 313 98 48)


Ərizə


26 noyabr 2016-cı il tarixində mənim ev telefonuma Yaşıl həyat Sağlamlıq mərkəzindən zəng gəldi. Zəng edən xanımın adı yadımda deyil.O söylədi ki,bizim mərkəzdə aksiya keçirilir və ATS-lə əlaqə saxladıq ,ATS bizi Sizin koorperativə yönləndirdi. Zəng edən xanım mənim yaşımı və hansı xəstəliklərdən əziyyət çəkdiyimi soruşdu. Mən ona 1955-ci ildə doğulduğumu və səhhətimdə yaşımla əlaqədar müəyyən problemlərin olduğunu, ürək xəstəliyindən,təzyiqdən əziyyət çəkdiyimi söylədim. Zəng edən xanım mənə bildirdi ki,Fəridə xanım, gəlin bizim aksiyada iştirak edin və bu günəcən qəbul etdiyiniz dərmanlardan azad olun.Mən xanımın danışığından məmnun qaldım, razılaşdım.Gələcəyimi söylədim.Növbəti gün (27.11.2016)mənə həmin xanım yenə zəng vurdu,niyə gəlmədiyimi soruşdu.Söylədim ki,gələcəm. Mənə dedi ki,xanım,mütləq gəlin yoxsa sonra aksiyamız ödənişli olacaq. Səhəri gün yəni 28.11.2016 tarixdə Xan Şuşinski 60 ünvanda yerləşən "Yeni həyat" Sağlamlıq mərkəzinə yollandım. Məni Arzu xanım və Elmira Salmanova qarşıladı. Dedilər ki bura TİENS firmasıdır. Məni Arzu xanım müayinədən keçirtdi.Əlimi müayinə toklarının üzərinə qoyduqdan sonra söylədi ki, Sizin qara ciyəriniz,öd kisəniz,mədə altı vəziniz çox pis vəziyyətdədir. Arzu xanım mənə resept yazdı və tələb etdi ki, 71 AZN 50qəpik ödəyin reseptdəki dərmanları verim.Mənim 20 manatım var idi.Onlara 20manat ödədim,mənə içində 40 ədəd olan çay verdi. Çay TİENS firmasına məxsus idi. Dərmanların qalanını yəni 2 banka dərmanı isə mənim ödəyəcəyim pul müqabilində evimə gətirəcəyini söylədi.Həmin gün axşam (28.11.2016) Arzu xanım maşını ilə mənim yaşadığım ünvana gəldi ,51AZN 50qəpiyi ödəyib qalan dərmanları da götürdüm .Lakin Arzu xanım mənə heç bir sənəd, çek təqdim etmədi. Arzu xanım dedi ki, bu 2 banka dərmanı çayla birlikdə mütləq kompleks şəkildə qəbul edin.Bankanın birində 30kapsula,digərində isə 60kapsula vardı.Mən çayla bərabər iki banka dərman kapsulalarınıi qəbul etməyə başladım.Bir həftədən sonra mənim ayağımda qaşınmalar yarandı və kiçik qırmızı qabarcıqlar əmələ gəldi.Yenidən həmin mərkəzə üz tutdum.Bu dəfə də Arzu xanımla Elmira xanım məni qarşıladı .Söylədilər ki gedin dərmanları,çayı qəbul etməyə davam edin,keçib gedəcək.Mən evə qayıtdım,müalicəyə davam etdim,lakin gün gündən ayaqlarımdakı qızartı artmağa başladı.Ayaqlarım qızarır ,qabarcıqlar əmələ gəlirdi.23 Fevral tarixində İnqilab 17 Sabit Rəhman küçəsi 11,döngə 1-də yerləşən Nərgiz klinikasına yollandım ki vəziyyətimi klinikanın rəhbəri Məlahət xanıma bildirim.O məni məmnuniyyətlə qarşıladı.Hətta ayaqlarımı görüb şoka düşdü.Həmin klinikaya da özəl olduğuna görə qəbul üçün 20 AZN ödəniş etdim.Məlahət xanım qaraciyər, öd kisəsi,mədəaltı vəzimi müayinə edəndən sonra məndə heç bir problemin olmadığını söylədi.Qeyd edim ki,mənim əlimdə 14oktyabr 2016 tarixinə məxsus da sağlamlıq haqqında kağızım var.Beləliklə, Yaşıl həyat Saglamlıq mərkəzində mənə qoyulan diaqnozların yalnış olduğu təsdiqləndi. Mən 02.04.2017-ci il tarixinədək Yaşıl həyat sağlamlıq mərkəzinə toplam 15 dəfə getdim. Müraciətlərimin birində Elmira xanım mənə Boro Plus mazını aldırdı ki həmin yaraların üzərinə o mazdan vursam sağalacaq.Bir dəfə istifadədən sonra ,ikinci dəfə də aldırdı.İkinci dəfə də aldım ,lakin heç bir faydasını görmədim.Hər dəfə də mənə bildirirdilər ki,gedin müalicəyə davam edin.Hətta mənə Sink adlı 30 kapsulalıq dərmanı ikinci dəfə satdılar ki bundan sonra qızartılarınız keçəcək.02 Aprel tarixində yenə də Yaşıl həyat Sağlamlıq mərkəzinə yollandım.Məni Həvva xanım(Tel:050 412 28 10) qarşıladı.Arzu xanım mərkəzdə yox idi.Başqa bir xanım ayaqlarımı görəndən sonra Həvva xanımın yanına getdi,vəziyyəti ona başa saldı.Həvva xanım mənim yanıma gəldi.Həvva xanıma söylədim ki ayaqlarımın şəklini çək və Arzu xanıma göndər. Görsün ki,məni nə hala qoyub.Gəlsin məni müalicə etsin.Şəkli çəkdi,amma göndərib göndərmədiyi barədə xəbərim olmadı.Həvva xanım mənə söylədi ki,qəbul etdiyiniz dərmanlarımızı Sizə halal edirik,Arzu xanım qaytarmasa,toplam xərclədiyiniz 100 AZN –i məhz mən Sizə qaytaracam.Məndən ünvanımı da soruşdu ki,gəlib elə evdəcə maddi zərəri qaytarsın.Dedim ki Arzu xanım bizim evi tanıyır,dedi o zaman Arzu xanım pulu Sizə özü çatdırar.Həvva xanımın danışığı məni sakitləşdirdi,evə yollandım.03 Apreldə mən Həvva xanıma zəng etdim.Ancaq mənimlə mərkəzdəki kimi danışmadı, sərt söhbət etdi. Bildirdi ki,Arzu xanımla əlaqə saxlayım.Arzu xanıma zəng etdim.Mənə sabah yəni 04 apreldə saat 11:00 da mərkəzə gəlməyimi tapşırdı.Lakin mənim artıq bu nağıllara qulaq asmaq fikrim yoxdur.Bu səbəbdən 04 aprel tarixində sağlamlıq mərkəzinə deyil ,ümid yeri olaraq Azad İstehlakçılar Birliyinə yollandım.Mən tələb edirəm ki,sağlamlıq mərkəzi dərmanlara görə xərclədiyim 100 AZN-i geri qaytarsın və 1000 AZN də yenidən müalicəm üçün təzminat verilsin.Çünki sonradan getdiyim şəhər poliklinikasının həkimi müalicəni üzərinə götürmədi, məni Dəri Zöhrəvi Dispanserinə yönləndirdi.Mən isə ikinci qrup əliləm,təqüdçüyəm,yenidən müalicə üçün maddi imkanım əl vermir.


Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz və bu barədə müvafiz dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz.

İmza : Səmədzadə Fəridə

05.04.2017 11:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ