Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycandakı beş ulduzlu otel təmirə bağlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı beş ulduzlu otel təmirə bağlanır

Qəbələdə yerləşən “Qafqaz Resort Hotel” öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.

 

“Gilan Holdinq”in yaydığı məlumatda bildirilir ki, məm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan ve sevilən Qəbələ otellərindən biri olan “Qafqaz Resort Hotel”  yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq.

 

“Qafqaz Resort Hotel” 98 lüks nömrədən ibarətdir. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcəkdir.

 

“Hoteli əsaslı təmir gözləyir - qarşıda olan təmir işləri bütünlüklə “Qafqaz Resort Hotel”ə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq”,- holdinqin məlumatında deyilir.

 

Qafqaz Resort Hotel Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.

 

Rəsmi veb səhifə - https://qafqazhotels.com/

Facebook - https://facebook.com/qafqazhotels/

İnstagram - https://www.instagram.com/qafqazhotelsandresorts/

07.01.2020 06:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ