Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Universitet müəllimi 29 min manata Dövlət Agentliyinə təkliflər hazırlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Universitet müəllimi 29 min manata Dövlət Agentliyinə təkliflər hazırlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın sağlamlıq turizm potensialının araşdırılması, yaradılması imkanları və yerlərdə tədqiqatın aparılması, müalicə-sağlamlıq turizminin inkişaf etdirilməsi üçün təkliflər hazırlanacaq və təlimlər keçiriləcək.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Dövlət Turizm Agentliyi “Sağlamlıq turizminin inkişafı üzrə xidmətlərin satın alınması” üçün elan etdiyi müsabiqəyə yekun vurub və fiziki şəxs Vüqar Səttar oğlu Dərgahov qalib elan edilib.

 

Müsabiqənin şərtlərinə görə, tanınmayan balneoloji və mineral suların inkişaf etdirilməsi üçün tədqiqat aparılmalı, turizm əhəmiyyəti araşdırılmalı, turizm-kurort inkişaf layihə planı hazırlanmalıdır. Həmçinin Azərbaycanın sağlamlıq turizm potensialı araşdırılmalı, tədqiqat aparılmalı, müalicə-sağlamlıq turizminin inkişaf etdirilməsi üçün təkliflər verilməli və təlimlər keçirilməlidir.

 

Vüqar Dərgahov yuxarıda qeyd olunan işləri görmək üçün Dövlət Turizm Agentliyindən 29 min 340 manat alacaq.

 

Vüqar Dərgahov 1974-cü ildə anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb. 2008-ci ildən BDU-da çalışır. 2008-ci ildən Xarici ölkələrin iqtisadi – siyasi coğrafiyası və turizm kafedrasında baş müəllimdir.

07.01.2020 06:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ