Ən yuxarı (mobil)-2_30

Moskvalı iş adamları Azərbaycana səfər edəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Moskvalı iş adamları Azərbaycana səfər edəcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Moskva İxrac Mərkəzi (MİM) 2020-ci ilin üçüncü rübündə Azərbaycana biznes missiyası göndərəcək.

 

Bu barədə Moskva meri və hökumətinin portalında məlumat verilir.

 

"Moskva İxrac Mərkəzi 2019-cu ildə biznes missiyaları təşkil etməyə başlayıb və bu missiyalar artıq səmərə verib. Buna görə biz 2020-ci ildə bu dəstək tədbirinə xüsusi diqqət yetirməyi qərara almışıq və onu paytaxt şirkətlərinin xarici bazara çıxışı baxımından çox perspektivli hesab edirik", - deyə Moskva İxrac Mərkəzinin baş direktoru Kirill İlyiçev qeyd edib.

 

“2020-ci ilin ikinci rübündə iş adamları İsrail, İran, Yaponiya, Fransa, eləcə də Syerra-Leone və Seneqala işgüzar səfərlər edəcəklər. Üçüncü rübdə Azərbaycan və İndoneziyaya səfərlər planlaşdırılır”, - deyə məlumatda bildirilir.

 

Dördüncü rübdə paytaxt iş adamlarının Bəhreyn və Mərakeşə səfərləri nəzərdə tutulur.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "İnterfaks-Azərbaycan"

07.01.2020 07:12

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ