Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İran ABŞ-a cavab üçün 13 ssenarini müzakirə edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran ABŞ-a cavab üçün 13 ssenarini müzakirə edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın, xarici əməliyyatlarından məsul generalı Qasım Süleymanini öldürməsinə cavab vermək üçün İran 13 ssenarini qiymətləndirir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının yaydığı açıqlamada, bu ssenarilərdən ən zəifinin belə ABŞ üçün "tarixi kabus" olacağı qeyd edilib. 

 

Yarı rəsmi bir İran xəbər agentliyində yayımlanmış açıqlamada "Bu ssenarilərin ən zəifində fikir birliyi təmin edilsə belə, bunun tətbiq olunması amerikalılar üçün tarixi bir kabus ola bilər. Hələlik, kəşfiyyat səbəbilə mediaya daha çox məlumat verə bilmirik",- deyilir.

 

Açıqlamadan sonra bazarlardakı optimist hava sona çatıb. ABŞ səhmləri ucuzlaşıb, qızıl yenidən bahalaşıb. 

 

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ-ın Qasım Süleymanini öldürməsinə cavabının "İranın seçdiyi bir zamanda və yerdə" olacağını söyləmişdir. Həmçinin Zərif, ABŞ-ın Orta Şərqdən çıxması üçün geri saymanın başladığını və bölgənin ABŞ-ın varlığına güvənməyə davam etməsi vəziyyətində müharibə mövzusunda xəbərdar etmişdir.

07.01.2020 12:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ