Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dollar 1,60 manata qədər ucuzlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 1,60 manata qədər ucuzlaşa bilər

 

Azərbaycanda ABŞ dollarının nağd orta məzənnəsinin yay aylarında 1,60 AZN/USD səviyyəsinə gədərgeriləməsi gözlənilir.

Reklam_3_11

 

Analitiklər daha əvvəl verdiyi 1,65 AZN/USD məzənnə proqnozunu yeniləyərək 1,60 AZN/USD-yə endirib.

 

Buna səbəb kimi, Azərbaycanın maliyyə vəziyyətinin nisbi yaxşılaşması, büdcə xərclərinin cari şəraitə uyğunlaşdırılması, pul kütləsinin həcminin azaldılması, qiymətli kağızlar bazarının genişləndirilməsi amilləri göstərilir. 

 

"May ayının sonuna qədər dolların 1,65 manat, turizm mövsümünün sürətlənməsi ilə - iyun-iyul aylarında isə 1,60 manat səviyyəsinə düşməsi gözlənilir", - deyə Agentliyin ekspertləri qeyd ediblər.

 

Analitik qrup dünya bazarında neft qiymətlərinin yaxın 2 ay ərzində 60 dollar/barel səviyyəsinə çatacağını ehtimal edir: "Neftin qiymətindən asılı olaraq, dolların daha da ucuzlaşması və məzənnənin 1,55 AZN/USD səviyyəsinə düşməsi mümkündür".

 

"Azərbaycan bazarında dolların məzənnəsi bank sektoru sağlamlaşdırılana qədər dalğalanmağa davam edəcək. Əsasən Azərbaycan Beynəlxalq Bankında (ABB) xarici borcların səviyyəsi önəmli dərəcədə azaldıldıqdan sonra dolların məzənnəsi təmamilə sabitləşə bilər. Lakin, 2004-2014-cü illərdə müşahidə olunan sürətli kreditləşmə və iqtisadi artım bütün dünyada olduğu kimi Azərbaycanda da yenidən bərpa olunacağı gözlənilmir", - deyə analitiklər əlavə ediblər.

 

©Report

 

05.04.2017 12:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ