Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Ekoturizm Assosiasiyası təsis edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Ekoturizm Assosiasiyası təsis edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir qrup peşəkarlar Azərbaycan Ekoturizm Assosiasiyasını təsis ediblər.

 

Azərbaycan Ekoturizm Assosiasiyasının yaradılması təşəbbüsü haqqında bir sıra yerli və xarici mütəxəssislər və təşkilatlarla məsləhətləşmələr aparılıb, təşkilatın İdarə Heyətinə dəvət olan və digər ekspertlərin fikirləri öyrənilib və onların dəstəyi əldə edilmişdir.

 

Assosiasiyanın əsas məqsədləri Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək və yardım etməkdən, o cümlədən Azərbaycanı yüksək ekoloji mədəniyyətə malik ölkələr sırasında öndə olması üçün fəaliyyətlərə dəstək vermək və yardımçı olmaqdan ibarətdir.

 

Bu məqsədlərə nail olmaq üçün Assosiasiya bir sıra fəaliyyətləri realizə etmək niyyətindədir, o cümlədən ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsi, ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində dövlət, içtimai və özəl sektorlar tərəfindən həyata keçirilən milli və beynəlxalq layihələrə dəstək vermək və onlarda iştirak etmək.

 

Bunlarla yanaşı, ekoloji mədəniyyəti, ekoturizm, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, davamlı turizm fəaliyyətlərinin inkişafını təşviq və təbliq etmək, ölkədə yeni ekoturizm (o cümlədən, açıq hava turizm fəaliyyətləri, sağlam və ekoloji qidalanma, aqro-turizm, kənd turizmi, eko otellər və eko qonaqpərvərlik sahələrində) məhsullarının hazırlanmasına dəstək vermək və onları beynəlxalq bazarlara çıxararaq Azərbaycanı ekoturizm ölkəsi kimi tanıtmaq nəzərdə tutulan istiqamətlərdir.

 

O cümlədən, ekologiya və turizm sahələrində elmi-praktiki araşdırmalar, statistika və sair bu kimi fəaliyyətləri həyata keçirmək, Assosiasiya sıralarında müxtəlif sahələr üzrə mütəxəssisləri birləşdirmək və adı gedən sahələrdə güclü elmi-praktiki “beyin mərkəzi” yaratmaq da Assosiasiyanın məqsədlərindəndir.

 

Assosiasiyanın təsisçiləri bildirirlər ki, Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmin inkişafına yardımçı olmaq üçün əllərindən gələni əsirgəmiyəcəklər və bu yolda onlara dəstək olmaqa içtimaiyyətə müraciət edirlər, o cümlədən, gəncləri bu yolda daha aktiv olmaqa, təcrübəli peşəkarları əməkdaşlıqa cağırırlar. Assosiasiyanın təsisçiləri ümid edirlər ki, növbəti illərdən biri “Ekologiya və Turizm İli” kimi qəbul ediləcək və bu ekoloji mədəniyyətin və ekoturizmin inkişafına əvəzedilməz töhfə gətirəcək.

 

Azərbaycan Ekoturizm Assosiasiyasının  təsisçiləri  aşağıdakılardır:
 

DAİR Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi, “Azərbaycan Respublikkası Təbiəti Mühafizə Cəmiyyəti”-nin İdarə Heyətinin Sədri, ekologiya sahəsində ekspert Zurab İsrafilov,  “Qartal” Dağ İdman Klubunun təsisçisi, peşəkar dağ turizm marşrutları üzrə ekspert Rüfət Qocayev və BDU-nin “Xarici ölkələrin iqtisadi-siyası coğrafiyası və turizm” kafedrasının dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, kənd turizmi, ekoturizm kimi sahələrdə tətqiqatçı-ekspert Vüqar Dərgahovdur. 

07.01.2020 13:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ