Mobil manşet üstü reklam-3_21

Dövlət şirkətinə quyu qazılması məqsədilə pul ayrıldı - SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkətinə quyu qazılması məqsədilə pul ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağcabədi rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

 

Sərəncamla Ağcabədi rayonunun əhalisi 83682 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə  2,1 milyon manat ayrılıb.

 

Ağcabədi rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 yanvar  tarixli  Sərəncamına Əlavə

 

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı

Əhalinin

sayı

     

Ağcabədi şəhəri

1

42768

     

Aran kəndi

1

2118

     

Arazbar kəndi

2

1493

     

Boyat kəndi

1

1858

     

Göyük kəndi

1

918

     

Hindarx qəsəbəsi

3

9667

     

Xocavənd kəndi

2

3647

     

Kəhrizli kəndi

3

2055

     

Kürdlər kəndi

1

1022

10. 

Qaraxanlı kəndi

1

980

11.

Mehrablı kəndi

1

1644

12.

Minaxorlu kəndi

2

2248

13.

Muğanlı kəndi

1

1723

14.

Poladlı kəndi

1

1513

15.

Salmanbəyli kəndi

3

2539

16.

Sarıcalı kəndi

1

1816

17. 

Şahsevən kəndi

1

456

18. 

Şahsevən Təzəkənd kəndi

1

834

19.

Şərəfxanlı kəndi

1

896

20.

Yuxarı Qiyaməddinli kəndi

2

3487

Cəmi

30

83682

07.01.2020 13:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ