Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dekabrda valyuta hərraclarında Dollar satışı kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dekabrda valyuta hərraclarında Dollar satışı kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 886 milyon 350 min ABŞ dolları məbləğində vəsait satılıb.

 

Bu barədə "Marja"ya Fonddan bildirilib.

 

Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin noyabr ayı ərzində  539 milyon 810 min ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda vəsait satışı 346 milyon 540 min dollar və ya 64,2% artıb.

 

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin oktyabr ayı ərzində 654,85 milyon ABŞ dolları , sentyabr ayı ərzində 618,95 milyon ABŞ dolları, avqust ayı ərzində 815,4 milyon ABŞ dolları, iyul ayı ərzində 434,9 milyon ABŞ dolları, iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları, may ayı ərzində 352,4 milyon ABŞ dolları, aprel ayı ərzində 423,7 milyon ABŞ dolları, mart ayı ərzində 600,5 milyon ABŞ dolları, fevral ayı ərzində 316,2 milyon ABŞ dolları, yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.

 

Ötən ilin 12 ayı ərzində Dövlət Neft Fondu tərəfindən 6 milyard 593 milyon 860 min dollar vəsait satılıb.

 

ARDNF-in 2019-cu il büdcəsinə görə, dövlət büdcəsinə 11 milyard 364 milyon 300 min manat transfert edilməli idi. Bu qədər Manatın əldə edilməsi 6 milyard 685 milyon dolların satılmasını tələb edirdi.

 

ARDNF-in təsdiq edilmiş xərclərinə görə, 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon manatdır (6 milyard 676 milyon dollar).

08.01.2020 07:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ