Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Banklar daşınar əmlaka etibarlı vasitə kimi baxmır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Banklar daşınar əmlaka etibarlı vasitə kimi baxmır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan bankları daşınar əmlaka kreditin qaytarılması üçün etibarlı təsir vasitəsi kimi baxmır.

 

Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasını (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusunda keçirilən konfransda maliyyə sektoru üzrə mütəxəssis (IFC-nin nümayəndəsi) Vasif Bədəlsoy deyib.

 

Onun sözlərinə görə, bu, 14 bankın və 1 bank olmayan kredit təşkilatının iştirakı ilə keçirilmiş sorğu nəticəsində məlum olub. Nəticələrə əsasən, kredit təşkilatları daşınar əmlaklardan girov kimi daha çox maşın və avadanlıqları, anbarlarda olan mal və materialları götürür: “Əqli mülkiyyət, debitor borclar isə girov kimi qəbul edilmir. Çünki bu kimi əmlakların uçotu, qeydiyyatı prosesi mürəkkəbdir”.

 

Bununla belə, V.Bədəlsoy onu da qeyd edib ki, banklarda kredit ödənişlərinin gecikməsi ilə bağlı göstəricilər təminatdan asılı olmayaraq müxtəlif səviyyədədir: "Sorğuda iştirak etmiş banklar üzrə kreditlərin restrukturizasiya faizi orta hesabla 18%-dir. Amma bəzi banklarda bu rəqəm 70%-ə çatır".

 

© Report

05.04.2017 14:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ