Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fermerlər subsidiyanı kalkulyatorla hesablaya biləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerlər subsidiyanı kalkulyatorla hesablaya biləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni subsidiya qaydalarına əsasən, fermerlər 6 subsidiya növünü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən ala biləcəklər.

 

Reklam_3_11

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası artıq qüvvədədir. Bu qayda fermerlərə dövlət dəstəyi olaraq tətbiq edilən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının EKTİS üzərindən verilməsini nəzərdə tutur. İlk növbədə verilməsi nəzərdə tutulan əkin və heyvan subsidiyaları üzrə bölmələr www.eagro.az portalında Subsidiya İnformasiya Sistemində fermerin şəxsi kabinetində yerləşdirilib.

 

Bütün subsidiya növləri üzrə fermerlərə veriləcək vəsaitin məbləği artıq müəyyənləşdirilib. Yeni qaydaya uyğun olaraq, Aqrar Subsidiya Şurası yanvarın 15-dək subsidiya verilməli olan bitkiçilik məhsulları, onlara düşən subsidiyaların əmsal və məbləğlərini elan etməlidir. Elektron sistemə keçidin sürətlə təmin edilməsi və fermerlərə subsidiyaların vaxtında ödənilməsi üçün Aqrar Subsidiya Şurası 2020-ci ilin bitkilər və regionlara görə əkin, məhsul və toxum subsidiya əmsallarını, toxum və ting kvotalarını 2019-cu ilin sentyabrında elan edib. Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran hər bir fermer ona düşəcək subsidiyanı müraciəti təsdiqləmədən əvvəl kabinetdəki kalkulyatorla hesablaya biləcək.

 

Qeyd edək ki, hal-hazırda EKTİS-də 450 000-dək fermer qeydiyyatdan keçib.

08.01.2020 12:44

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ