Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İcbari Sığorta Bürosu 3 il vergi ödəmədiyinə görə cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari Sığorta Bürosu 3 il vergi ödəmədiyinə görə cərimələnib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il ərzində İcbari Sığorta Bürosu vergi orqanları tərəfindən əlavə sanksiyalar və bank hesablarından əlavə tutulmaların qarşısını almaq məqsədilə 2017-ci və 2018-ci illər üçün vergi orqanlarına “mənfəət vergisi” qismində cəmi 1 502 450 manat ödəyib.

 

Reklam_3_11

Büronun açıqladığı illik hesabata görə, 2017-ci il ərzində vergi orqanları mənfəət vergisi və əvvəlki 3 il ərzində mənfəət vergisinin ödənilmədiyinə görə cərimə olaraq Büronun bank hesablarından cəmi 5 485 284 manat tutub.

 

Vergi qanunvericiliyinə əsasən, Büro özünü mənfəət vergisi ödəyicisi saymırdı və bu səbəbdən məsələ vergi apelyasiyası səviyyəsində həll edilmədiyi təqdirdə tutulmuş məbləği geri qaytarmaq iddiası ilə məhkəməyə müraciət etmək qərarı verib.

 

31 dekabr 2017-ci il tarixinə olan fakt və vəziyyətə əsaslanaraq Büro rəhbərliyi vergi və ya məhkəmə orqanının Büronun vergidən azad olması haqqında qərar çıxaracağı ehtimalının olduğu qənaətinə gəlib.

 

31 dekabr 2018-ci il tarixinə olan fakt və vəziyyətə əsaslanaraq Büro rəhbərliyi vergi və ya məhkəmə orqanının Büronun vergidən azad olması haqqında qərar çıxaracağı ehtimalının olmadığı qənaətinə gəlib. Nəticədə Büro 2018-ci il üçün cari vergi və təxirə salınmış vergi aktivi və ya öhdəliyini (Maliyyə Hesabatlarının Beynəlxalq Hesabatları) MUBS 12-ni tətbiq etməklə tanımış və qiymətləndirmişdir. Nəticədə 31 dekabr 2018-ci il tarixinə İcbari Sığorta Bürosunun mənfəət vergisi xərci 5 476 109 manat təşkil edib.

 

Bildirək ki, Büro Azərbaycanda müəssisələr üçün 20%-lik mənfəət vergisi dərəcəsini tətbiq edib.

 

Qeyd edək ki, 31 dekabr 2018-ci il tarixinə qurumun cəmi aktivləri illik 1,1% artaraq 36 464 247 manat, öhdəlikləri 45,8% artaraq 11 025 407 manat təşkil edib.

 

Aktivlərin tərkibində təqvim haqları üzrə debitor borclar 15,6% artaraq 921 372 manat, investisiya qiymətli kağızları 2 dəfəyə yaxın artaraq 10 779 233 manat olub. Öhdəliklərin isə 6 mln. manatını təmant depozitləri, 4 969 726 manatını ehtiyatlar əhatə edib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

08.01.2020 14:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ