Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ İranın "nəfəsini kəsmək istəyir" - YENİ GÜCLÜ SANKSİYALAR GƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ İranın "nəfəsini kəsmək istəyir" - YENİ GÜCLÜ SANKSİYALAR GƏLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ İrana daha sərt iqtisadi sanksiyalar tətbiq edəcək.

 

"Marja" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

"İrana daha güclü sanksiyalar tətbiq edəcəyik və bu sanksiyalar İran rəftarını dəyişdirənə qədər davam edəcək",- Tramp deyib.

 

Qeyd edək ki, indiyədək ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində İran iqtisadiyyatı tənəzzül edib, milli valyutası dəyərdən düşüb. Ölkədə yaşayış gündən-günə çətinləşir.

 

İranın İraqdakı ABŞ bazalarına raket hücumu təşkil etməsinin ardından ABŞ Prezidenti Donald Tramp ilk dəfə kameraların qarşısına çıxıb. Tramp, "Dünən axşamkı hücumda heç bir ABŞ-lı zərər görməmişdir. Hərbi bazalarımızda yalnız minimal bir ziyan meydana gəlmişdir. İraqlı ya da ABŞ-lı heç kim zərər görməyib" deyib.

 

Tramp, “ABŞ-ın prezidenti olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq” deyib.

 
O, bildirib: “Həm Yaxın Şərqdə, həm də digər yerlərdə xalqlar İranın destruktiv addımlarına dözüblər. Bu günlər artıq başa çatıb. İran terrorizmin əsas sponsoruna çevrilib və nüvə silahı əldə etmək istəyi ilə sivil dünyanı təhdid edir. Biz buna heç vaxt icazə verməyəcəyik. Ötən həftə biz amerikalı insanların həyatına təhlükə yaradan Qasım Süleymanini zərərsizləşdirmişik. İranın aqressiyasına cavab tədbirlərini müəyyənləşdiririk və ABŞ dərhal əlavə iqtisadi sanksiyalar tətbiq edəcək. İran rejimi öz davranışını dəyişənə qədər bu, davam edəcək”.

08.01.2020 17:47

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ