Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Banklar Dollar almaqdan imtina etməyə başlayıblar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Banklar Dollar almaqdan imtina etməyə başlayıblar"

Dollar sürətlə ucuzlaşdığından bir sıra bankların Dollar almaqdan imtina etdikləri bildirilir. Müştərilər, dollar satmaq istəsələr də banklar almaqdan imtina edirlər.

 

Məsələn, indiyədək 3000 dollar limitlə Dollar alan Xalq Bank, günortadan sonra alışdan imtina edib.

 

“Marja”nın məlumatına görə, bankların dollar alışından imtina etmələri Dolların sürətlə ucuzlaşması və Manat qıtlığıdır. Dollar sürətlə düşdüyündən, banklar ziyan etməmələri üçün alış qiymətini satış qiymətindən xeyli aşağı təyin etməyə də çalışırlar. Həmçinin dollara ehtiyacı olan sahibkarlar da daha ucuz alış etmək gözləmə mövqeyindədirlər.

 

Ötən həftə 1.75 manata satılan 1 dollar bu gün 1.7050 manatadək düşüb.

 

"1.60 MANATADƏK DÜŞƏ BİLƏR"

 

Azərbaycanda ABŞ dollarının nağd orta məzənnəsinin yay aylarında 1,60 AZN/USD səviyyəsinə gədər geriləməsi gözlənilir.

 

Buna səbəb kimi, Azərbaycanın maliyyə vəziyyətinin nisbi yaxşılaşması, büdcə xərclərinin cari şəraitə uyğunlaşdırılması, pul kütləsinin həcminin azaldılması, qiymətli kağızlar bazarının genişləndirilməsi amilləri göstərilir. 

 

Neftin qiymətindən asılı olaraq, dolların daha da ucuzlaşması və məzənnənin 1,55 AZN/USD səviyyəsinə düşməsi də mümkündür.

05.04.2017 14:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ