Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dadaşov təbrikləri qəbul etsə də, təyinatı təsdiqləmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dadaşov təbrikləri qəbul etsə də, təyinatı təsdiqləmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə gün əvvəl Xəzər TV-də rəhbərliyin dəyişilməsi ilə bağlı məlumat yayılsa da, hələ də bu barədə rəsmi açıqlama yoxdur. Mediada yayılan məlumatda qeyd olunurdu ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli vəzifəsindən azad edilib və onu Xalq artisti Murad Dadaşov əvəzləyib.

 

Reklam_3_11

Məlumatı dəqiqləşdirmək üçün Murad Dadaşovla əlaqə saxlamaq istəsək də, o, telefonlara cavab verməyib. Sözügedən məlumatı iki gündür nə təsdiq, nə də təkzib edən var.

 

Maraqlıdır ki, Xəzər TV-də hər kəs yeni təyinatdan məlumatlıdır və dünən Dadaşovun "Xəzər Media Mərkəzi"nin kollektivi ilə görüşü gözlənilsə də, bu, reallaşmayıb. İddia olunur ki, Xalq artisti yaxın günlərdə rəsmi olaraq Xəzər TV-nin başına keçəcək. 

 

Bundan əlavə, Azərbaycanın tanınmış şou-biznes nümayəndələri də sosial şəbəkədə Murad Dadaşovu təbrik ediblər. Dadaşova yaxın olan məşhurlar isə onunla birbaşa əlaqə saxlayaraq yeni təyinatı ilə bağlı uğurlar arzulayıblar. Aparıcı-aktyor isə xoş arzulara görə onlara təşəkkür edib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Qafqazinfo”

09.01.2020 07:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ