Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Bakı Fond Birjasında əməliyyatların həcmi azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjasında əməliyyatların həcmi azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjasında 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 milyard 33 milyon 797 min manat təşkil edib. Bu, 2018-ci illə müqayisədə 5,8% azdır.

 

Bu barədə “Marja”ya Birjadan bildirilib.

 

 2018-ci ilidə əməliyyatların həcmi 14 milyard 893 milyon 377 min manat olmuşdu.

 

“2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20% artım qeydə alınmışdır.

 

Eyni zamanda dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 248%, korporativ qiymətli kağızların təkrar bazarında 72% və repo əməliyyatlarında isə 83.5% böyümə qeydə alınmışdır. Nəticə olaraq, Birjada təkrar bazar üzrə əməliyyatların həcmi keçən ilə nəzərən 128% artmışdır”, - Birjanın məlumatında deyilir.

 

2019-cu ilin dekabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 687 milyon 979 min 351 manat təşkil edərək ötən ilə nəzərən 4% böyümüş, listinqdə olan şirkətlərin sayı isə 914-dən 951-ə yüksəlmişdir.

09.01.2020 08:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ