Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Departament rəhbəri icraçı direktorun müavini oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Departament rəhbəri icraçı direktorun müavini oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bu Mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindəndən "Marja"ya daxil olmuş məlumata görə, bu barədə əmri İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalayıb. 

 

Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.

 

Qeyd edək ki R.Hüseyn Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə qonaq professor kimi İngiltərə Newcastle Universitetində tədqiqat aparıb. Həmçinin FAO və Katoloniya Universitetinin birgə təşkil etdiyi dövlət proqramlarının təsirinin qiymətləndirilməsi üzrə proqramı bitirib. 2006-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda aparıcı elmi işçi və şöbə müdiri vəziflərində işləyib. Eyni zamanda 2011-2016-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərüfatı Təşkilatının (FAO) ölkəmizdə həyata keçirtdiyi müxtəlif layihələrdə milli məsləhətçi olub. Dövlət iqtisad Universitetində pedaqoq kimi fəaliyyət göstərib.

09.01.2020 09:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ