Ən yuxarı statik reklam_3

Taxta üzərində əsərlər işləyir, 200-250 manata satır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Taxta üzərində əsərlər işləyir, 200-250 manata satır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qədim dövrdən günümüzə qədər gəlib çatan oyma sənəti ustadan səbir, bacarıq və yaradıcılıq tələb edir. Dəqiqliyi sevən bu qədim sənət növünü yaşadanlardan biri də Tovuz rayonunun Alakol kəndinin sakini Alı Əsgərovdur.

 

Reklam_3_11

Gənclik illərində sənətkarlığa başlayan usta ilk əl işini daş üzərində ərsəyə gətirib. Sonradan bacarığını taxta üzərində də tətbiq etməyə başlayıb.

 

Qırx ildir bu işlə məşğul olan Alı Əsgərov oyma sənətini müəllimi olmadan öyrəndiyini, bu işin çətin və zəhmətli olduğunu, incəlik tələb etdiyini deyir. “Oyma sənəti ilə məşğul olan şəxsdə rəssamlıq bacarığı olmalıdır. Milli ornamentlər - “buta”, “xətai”, “ismi”, “bulud” və Azərbaycan xalçalarının üzərində olan naxışlardan da oyma sənətində istifadə edirəm. Bu naxışları adətən 10 gün ərzində ərsəyə gətirirəm”, – deyə tovuzlu usta bildirib.

 

Bu sənətə daha dərindən yiyələnmək istəyən usta onun sirlərini də araşdırır. Eyni zamanda, gənclərə də öyrədir, kəndin bacarıqlı yeniyetmələrinin asudə vaxtlarını daha səmərəli keçirmələrinə kömək edir. Bunun üçün emalatxanada kurslar da keçir.

 

İldən-ilə zövqlər dəyişsə də, Alı usta tələbatdan narazı deyil. Sifariş edilən əl işləri müxtəlif olduğundan, qiymətlər də fərqli olur. Üzərində işlədiyi “Butalar yallısı” əsərinin qiyməti isə 200-250 manatdır.

 

O, həmçinin dekorativ tətbiqi sənət festivallarında iştirak edib və dəfələrlə fəxri fərmanlarla təltif olunub.

 

© Azərtac

09.01.2020 12:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ