Mobil manşet üstü reklam_21

Azərbaycanın tədiyyə balansında 1,2 milyardlıq kəsir - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın tədiyyə balansında 1,2 milyardlıq kəsir - YENİLƏNİB

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansında 1 milyard 190 milyon ABŞ dolları həcmində kəsir əmələ gəlib.

 

Reklam_3_11

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 9 dəfəyə yaxın azdır. 

 

Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansı 9,14 mlrd. dollarlıq kəsirlə tamamlanıb.

 


2016-cı ilin yanvar-sentyabr ayları üçün Azərbaycan Respublikasının T Ə D İ Y Ə B A L A N S I

 

1 2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin tədiyə balansı üzrə cari əməliyyatlar balansı (CƏB) kəsiri 1.1 mlrd. $ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nisbətən 20.3% (1056 mln.$) azalaraq 4.1 mlrd. $ olmuşdur. Hesabat dövründə maliyyə hesabının kəsiri də ötən ilin müvafiq dövrünə nisbətən 3.3 dəfə azalaraq 2.0 mlrd. $ təşkil etmişdir (dollarlaşma istisna olmaqla kəsir 1.5 mlrd. $ təşkil edir). 

 

Cari əməliyyatlar hesabı

 

2016-cı ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabında 1113.3 mln. $ məbləğində kəsir yaranmış, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 3.0 mlrd.$ məbləğində olmuşdur. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 4.1 mlrd. $ məbləğində kəsirinin 73.1%-ni örtmüşdür.

 

Xarici ticarət balansı

 

Xarici ticarət dövriyyəsi 16.2 mlrd. $ təşkil etmiş və xarici ticarət balansı 2.9 mlrd. $ məbləğində müsbət saldo ilə nəticələnmişdir. 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 178-dək dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13%-i MDB üzvü olan dövlətlərin, 87%-i isə digər xarici dövlətlərin payına düşür. 

 

Əmtəə ixracı.

 

Hesabat dövründə əmtəə ixracı 9.5 mlrd.$ təşkil etmişdir. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 91.8% olmuşdur. Xarici dövlətlərə 7.7 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 346.4 mln.$-ı neft emalı məhsullarının, 7.4 mlrd. $-ı isə xam neftin ixracının payına düşür. 2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin qeyri neft-qaz ixracı 784.3 mln.$ təşkil etmişdir.

 

Əmtəə idxalı.

 

Hesabat dövründə əmtəə idxalı 6.6 mlrd. $ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 2923.1 mln. $ olmuş, bunun da 1055.0 mln. $-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal ötən ilin müvafiq dövrünə nisbətən 13% azalaraq 4.8 mlrd. $ olmuşdur. Bu azalmanın əsas səbəbi isə minik avtomobillərinin (64.9%), tütün və tütün məhsullarının (47.8%), əczaçılıq məhsullarının (29.2%) azalması ilə bağlıdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 24.5% təşkil etmişdir.  

 

Xidmətlər balansı

 

2016-cı ilin yanvar-sentyabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi həcmi 8.8 mlrd. $ təşkil etmişdir. Bunun 5.5 mlrd. $-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3.3 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Qarşılıqlı xidmətlər dövriyyəsinin 16.8%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1471 mln. $ olan nəqliyyat xidmətlərinin 56.2%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 827 mln. $, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 644 mln. $ təşkil etmişdir. 2016-cı ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 8.3% artaraq 3.9 mlrd. $-dan çox olmuşdur. Beləliklə, ötən ilin müvafiq dövründə turizm xidmətləri üzrə yaranmış 259 mln. $-lıq kəsir 2016-cı ilin 9 ayının yekunu üzrə 207 mln. $-lıq profisitlə əvəzlənmişdir. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1847.9 mln. $ məbləğində olmuşdur. Bunun 72.6%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 2.2 dəfə azalaraq 86 mln. $ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 27.9% azalaraq 474 mln. $ olmuşdur.

 

İlkin gəlirlər balansı

 

Hesabat dövründə gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.3 mlrd. $-a çatmışdır. Bunun 77.3%-ni (2.5 mlrd. $) Azərbaycandan ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1791 mln.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində) təşkil edir.

 

Təkrar gəlirlər balansı

 

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 901.7 mln.$ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 52.2%-ni ölkəyə daxilolmalar təşkil edir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91.9%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.5%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 3.6%-ni isə digər daxilolmalar təşkil edir. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 40.2 mln. $ təşkil etmişdir

 

Maliyyə hesabı

 

2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin xalis maliyyə aktivləri 4.6 mlrd.$ artmışdır. Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (2086.8 mln.$), portfel investisiyaları (-52.2 mln.$), törəmə maliyyə alətləri (-0.7 mln.$) və digər investisiyalar (2538.5 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2.6 mlrd.$ təşkil etmişdir ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (3342.0 mln.$), portfel investisiyaları (481.6 mln.$) və digər investisiyalar (-1224.9 mln.$) hesabına formalaşmışdır.

 

Birbaşa investisiyalar

 

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5.4 mlrd. $ olmuşdur. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 79.2% təşkil etmişdir. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 1131.8 mln. $ olmuşdur.

 

Kreditlər və digər investisiyalar

 

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 157.9 mln.$, xalis maliyyə öhdəlikləri isə 878.3 mln.$ azalmışdır. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 213.8 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 591.1 mln.$ azalmışdır.

 

Ehtiyat aktivləri

 

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 1190 mln. $ məbləğində azalmışdır. 

19.12.2016 08:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ