Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

FAO: Qlobal ərzaq qiymətləri 2019-da 1,8% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
FAO: Qlobal ərzaq qiymətləri 2019-da 1,8% artıb

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüftı Təşkilatı (FAO), qlobal qida qiymətlərinin 2019-cu ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 2,5%, keçən ilin 12 ayı ərzində isə 2018-ci illə müqayisədə 1,8% artdığını açıqlayıb.

 

Reklam_3_11

"Marja" Fao-ya istinadən xəbər verir ki, Qida Qiymətləri İndeksi keçən ay 181,7 bənd təşkil edərək, 2014-cü ilin dekabr ayından bu yana ən yüksək səviyyəni görüb.

 

FAO-dan verilən açıqlamaya görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət  5 əsas qida maddəsinin qiymətlərinin və ticarətinin izlənməsi ilə hazırlanan Qida Qiymətləri İndeksi bitki mənşəli yağ qiymətlərindəki artımın təsiri ilə yüksəlib. 

 

İndeks, 2019-cu il ərzində 1,8% artaraq 171,5 bal səviyyəsinə çatıb.

 

Bitki mənşəli Yağ Qiymətləri İndeksi dekabrda noyabr ilə müqayisədə 9,4% artarkən, Şəkər Qiymətləri İndeksi 4,8% yüksəlib. 

 

Süd Qiymətləri İndeksi söz mövzusu dövrdə aylıq 3,3%, Taxıl Qiymətləri İndeksi 1,4% artım qeyd edib. Ət Qiymətləri İndeksi isə dəyişməyib. 

09.01.2020 15:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ