Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bankir: "Manat tarazlığını tapıb, bahalaşmağa davam edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankir: "Manat tarazlığını tapıb, bahalaşmağa davam edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Manatın bügünkü məzənnəsi stabildir, milli valyutamız tarazlığını tapıb. Bu vəziyyət iqtisadiyyata da müsbət təsir edir".

 

Reklam_3_11

Bunu  açıqlamasında "AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

 

Onun sözlərinə görə, artıq manatın məzənnəsində volatillik gözləməyə dəyməz: "O dövr arxada qaldı. Manatın məzənnəsi tarazlığını taparaq iqtisadiyyata müsbət təsir edir. İstənilən halda, güclü manat güclü iqtisadiyyatın göstəricisidir".

 

Bankirin proqnozuna əsasən, manat möhkəmlənməkdə davam edəcək.

 

"Manatın güclənməsi iqtisadiyyat, o cümlədən banklar üçün lazımdır. Sirr deyil ki, bankların aktivlərində və öhdəliklərində dollarlaşma kifayət qədərdir. Manatın güclənməsi öhdəliklərin vaxtında yerinə yetirilməsinə kömək edəcək. Bununla yanaşı, banklar üçün xarici öhdəliklərin yerinə yetirilməsi çox çətindir", - deyə o bildirib.

 

Ə. Cəlilov əlavə edib ki, bu gün manatın ucuzlaşması üçün heç bir əsas yoxdur: "Olsa belə, çox cüzi olacaq. Artıq manatın məzənnəsi müəyyən dəhliz daxilində hərəkət edir".

 

© APA

05.04.2017 15:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ