Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp, Ukrayna təyyarəsinin İranın səhvi ilə düşmüş ola biləcəyini iddia edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp, Ukrayna təyyarəsinin İranın səhvi ilə düşmüş ola biləcəyini iddia edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-lı rəsmilər Ukrayna təyyarəsinin İran tərəfindən salındığına inanırlar. ABŞ Prezidenti Donald Tramp, jurnalistlərin sualına "şübhələrim var" deyərək cavab verib. 


 

Reklam_3_11

ABŞ-lı rəsmilər, Tehranda düşən Ukrayna Hava Yollarına aid təyyarənin İran tərəfindən salınmış ola biləcəyinə inanırlar.

 

"Marja" xəbər verir ki, mediaya danışan bir çox amerikalı rəsmi, ABŞ kəşfiyyatının, çərşənbə axşamı gecəsi Tehran-Kiyev reysini həyata keçirən Ukrayna Hava Yollarına aid Boeing 737 sərnişin təyyarəsinin İran tərəfindən atılan raketdən biri ilə vurulmuş ola biləcəyini bildiriblər. 

 

Amerikalı rəsmilərindən biri, ABŞ peyklərinin təyyarənin qalxdıqdan çox qısa müddət əvvəl İrandan iki raketin atıldığını təsbit etdiyini iddia edib.

 

İran, Kanada, Əfqanıstan, İngiltərə, Almaniya və Ukrayna vətəndaşlarının olduğu təyyarədəki 167 sərnişin və 9 pilotdan xilas olan olmamışdı. 

 

ABŞ Prezidenti Donald Tramp təşkil etdiyi mətbuat konfransında, verilən bir suala cavabında təyyarənin texniki bir qəza ilə düşmüş ola biləcəyindən şübhə etdiyini bildirib.

 

Tramp, təyyarənin İranın səhvi ilə düşmüş ola biləcəyini iddia edib.

10.01.2020 06:19

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ