"Bakı Ticarət Festivalı"nda ƏDV-ni qaytaracaq banklar müəyyənləşib" - SİYAHI
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasında kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, görüş aprel ayının 10-dan etibarən Bakıda keçiriləcək "Bakı Ticarət Festivalı" ("Baku Shopping Festival") çərçivəsində banklar tərəfindən göstərilən xidmətlərin müzakirəsinə həsr olunub.
"Festival çərçivəsində ölkəyə xeyli sayda turistin gəlməsi gözlənilir. Bu dövr ərzində yalnız xarici vətəndaşlar deyil, Azərbaycan vətəndaşlarının da apardığı ticari əməliyyatlara görə əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması ("tax free") təmin ediləcək.
Palatada keçirilən görüşdə festivalın keçirildiyi müddət ərzində bank xidmətlərinin və valyutadəyişmə əməliyyatlarının fasiləsiz təşkili müzakirə edilib. Bu xidmətlər qeyri-iş günləri də təşkil olunacaq. Artıq ƏDV-nin qaytarılması üçün müvəkkil banklar seçilib.
Bunlar "PAŞA Bank", "Bank Silk Way", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank" və "Yapı Kredi Bank Azərbaycan"dır.
Vətəndaşlar bu beş bankın baş ofis və filialları vasitəsilə ƏDV-ni geri ala biləcəklər.
Digər xidmətlər isə həm bu banklar, həm də başqa bankların şöbə və filialları tərəfindən qeyri-iş günləri də daxil olmaqla hər gün həyata keçiriləcək", - deyə o bildirib.
Bakıda Ticarət Festivalı 10 aprel-10 may tarixində keçiriləcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl