Bazarlar ABŞ-da açıqlanacaq məlumatlara fokuslandı
Bu gün qlobal bazarların maraqla gözlədiyi ABŞ-ın məşğulluq hesabatı açıqanacaq.
“Marja” xəbər verir ki, hesabatındakı kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və orta saatlıq maaş məlumatların sərmayəçilərin diqqət mərkəzindədir.
ABŞ-da ötən ilin Dekabr ayında məşğulluğun 164 min artacağı gözlənilir. Noyabrda məşğulluq 266 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Dekabrda 3,5%-də qalacağı proqnozlaşdırılır. Noyabrda da işsizlik 3,5% təşkil etmişdi.
Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın Dekabrda orta hesabla ayıq 0,3% artacağı gözlənilir. Sentyabrda aylıq artım 0,2% olmuşdu. Maaşın illik müqayisədə isə 3,1% artacağı gözlənilir. Sentyabrda illik artım 3,1% təşkil etmişdi.
ABŞ-da məşğulluq və maaşlar, iqtisadiyyatın vəziyyəti və FED-in faiz qərarları üçün mühüm əhəmiyyət daşıyır.
Hesabat Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 19 d. əvvəl
-
22 d. əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 27 d. əvvəl
-
1 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
1 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl