Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sərmayəçisinə 53% qazandıran əmtəə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərmayəçisinə 53% qazandıran əmtəə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

13 məhsul sərmayəçisinə qazandırıb, 5 məhsul isə ziyana salıb


 

Əmtəə bazarında keçən il sərmayəçisinə (investora) ən çox qazandıran məhsul 53% ilə palladium olub.

 

"Marja"nın əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət dəyişikliklərinə əsasən hazırladığı xəbərə görə, 2019-cu ildə 13 məhsul sərmayəçisinə qazandırıb, 5 məhsul isə ziyana salıb.

 

ABŞ və Çin arasındakı ticarət danışıqlarına dair nikbinlik, ABŞ Mərkəzi Bankının (Fed) faiz endirimləri, dollar indeksinin kəskin dəyişməməsi, digər qabaqcıl mərkəzi bankların yumuşaq pul siyasətləri keçən il əmtəə bazarında ticarət olunan məhsulların performansına müsbət təsir edib.

 

Əmtəə bazarında keçən il sərmayəçisinə ən çox  53% ilə palladium qazandırıb. Dizel skandalından sonra tətbiq edilən sərt emissiya standartları palladium qiymətlərinin yüksəlməsinə gətirib çıxarıb. 

 

Palladiumun ardından nikel 30,1%, qəhvə 27,3% bahalaşıb. Qəhvə ehtiyatlarında azalma gözlənməsi  qiymətlərdə yüksəlişə səbəb olub. Brent neft də 23,3% dəyər qazanıb.  

 

Keçən il platinin qiyməti 21,3%, qızılın qiyməti isə 18,4% artım qeyd edib. Analitiklər, ticarət müharibələri, qlobal iqtisadiyyatdakı yavaşlama və Brexit kimi faktorlarla artan riskin, sərmayəçilər tərəfindən "etibarlı liman" olaraq görülən qızıla tələbi artırdığını bildirirlər. 

 

GÜMÜŞ 15% BAHALAŞIB

 

Qızılın ardından gümüş 15,5%, şəkər də 11,6% dəyər qazanıb. Şəkərin istehsalının azalacağına dair proqnozlar qiymətlərin yüksəlməsinə  səbəb olub.

 

Ötən il buğda 11%, soya  6,8%, kakao  5,1%, qarğıdalı 3,4% bahalaşıb. Qarğıdalı qiymətləri iyun ayında 5  ilin ən yüksək səviyyəsini görmüşdü.

 

ABŞ-da yağışların və mənfi hava şərtlərinin qarğıdalıya zərər verə biləcəyinə dair narahatlıqlar qarğıdalı qiymətlərinin yüksəlməsinə səbəb olub. 

 

Keçən il ABŞ-ın orta qərb bölgəsində həddindən artıq yağıntıların düşməsi qarğıdalı qiymətlərini dəstəkləyib.  Mənfi hava şərtləri, qarğıdalı əkininə və məhsulun  inkişafına maneə olub. Analitiklər, mənfi hava şərtlərinə görə, ABŞ-da qarğıdalı ehtiyatlarının azala biləcəyini və fermerlərin əkin üçün qarğıdalı yerinə buğda satın almalarının da qarğıdalı qiymətlərinə təsir etdiyini ifadə edirlər.

 

TƏBİİ QAZ İNVESTORUNU BÖYÜK ZİYANA SALIB

 

Əmtəə bazarında sərmayəçisinə ən çox ziyan yaradan təbii qaz olub. Təbii qaz, 2019-cu ildə 23,2% ucuzlaşıb. Analitiklər həddindən artıq istehsal və ehtiyatların artmasının təbii qaz qiymətlərinə mənfi təsir etdiyini bildirirlər. 

 

Təbii qazın ardından sink 9,9%, qurğuşun 5,6%, alüminium 5%, pambıq 4,4% ucuzlaşıb. Analitiklər Çinin dünyanın ən böyük pambıq alıcısı, ABŞ-ın isə ən böyük ixracatçısı olduğunu xatıraldaraq, Çin və ABŞ arasındakı ticarət gərginliyinin pambıq qiymətlərinə mənfi təsir etdiyini bildirirlər.

10.01.2020 11:46

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ