Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bravo hipermarketi açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bravo hipermarketi açıldı

BRAVO YÜKSƏK QİYMƏTLƏRƏ QARŞIDIR!

 

Bravo hipermarketi, tamamilə yeni alış-veriş təcrübəsi, bu gün - aprelin 6-da, saat 08:00-da Əhmədli ərazisində qapılarını öz müştərilərinə açıb. Olduqca geniş, 8.000 kv.m-likalış-veriş ərazisi, 40.000 məhsul növü və 800 avtomobillik inanılmaz dərəcədə geniş dayanacağı ilə seçilən Bravo hipermarketi sevimli müştərilərinə bu dəfə alış-verişdə sözün əsl mənasında hiper imkanlar yaradır.

 

Bravo yerli və xarici, keyfiyyətli və təravətli ərzaq məhsulları ilə yanaşı qeyri-ərzaq mallarının geniş çeşidini aşağı qiymətə təklif edir. Pərakəndə satış üzrə dünyaca məşhur brendlər hesab olunan İngiltərənin “Waitrose” və Fransanın “Casino” məhsullarının eksklüziv seçim imkanını da məhz Bravo hipermarketində əldə etmək mümkündür.

 

Hipermarket formatı özü ilə başqa nə yeniliklər gətirdi:

 

-Genişləndirilmiş təravətli meyvə və tərəvəz məhsulları bölməsi

-Dondurulmuş məhsul çeşidlərinin artırılması

-Şərab və spirtli içkilərdə daha çox seçim imkanı

-Daha geniş çeşiddə məişət əşyaları

-Daha böyük ət, dəniz məhsulları, qastronomiya, un və qənnadı məhsulları bölmələri

-Yeni idman məhsulları bölməsi

-Daha böyük dəftərxana ləvazimatları və oyuncaq bölməsi

-Genişləndirilmiş çeşiddə kosmetika, şəxsi qulluq və gigiyena bölmələri

-Qadın, kişi və uşaqlar üçün əsas geyim çeşidləri

-Daha da zəngin körpə qidası və qulluq vasitələri seçimi

-Geniş çeşiddə tekstil məhsulları

-Tamamilə yeni bağ və bağçılıq məhsulları bölməsi

-Yeni kiçik mebel və mebel aksesuarları

-Böyük və kiçik məişət texnikası

-Tamamilə yeni elektrik və əlalətlər bölməsi

 

Onu da qeyd edək ki, hipermarket həftənin 7 günü, səhər saat 8-dən gecə saat 12-dək fəaliyyət göstərir və Əhmədli metro stansiyası ilə Bravo hipermarketi arasında xüsusi müasir avtobuslar ilə reyslər həyata keçirilir.

 

Odur ki, yeni Bravo hipermarketində alış-veriş etməkdən xüsusi zövq almağa tələsin! 

 

BRAVO Hipermarketi artıq Əhmədlidə!

Bravo Hipermarketi

Bakı, Əhmədli qəsəbəsi
(keçmiş Radio Zavod) 
Bazar ertəsi – Bazar / 08:00 – 00:00

06.04.2017 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ