Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür etdi

11 yanvar bütün dünyada Beynəlxalq Təşəkkür Günü kimi qeyd olunur. Bununla əlaqədar, Azərbaycanda ilk dəfə olaraq, Vergilər Nazirliyi sosial şəbəkələr vasitəsilə vergi ödəyicilərinə təşəkkür edib.

 

Reklam_3_11

Nazirliyin Media və kommunikasiya idarəsindən bildiriblər ki, vergi mühitinin sağlamlaşdırılması, vergi ödəyicilərinin hüquqlarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi və "kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər vergi ödəyicilərinin vergi öhdəliklərini daha yaxşı yerinə yetirməsinə imkan yaradır. Bununla əlaqadər, vergi ödəyicilərinə öz öhdəliklərinə vicdanla yanaşdıqlarına görə təşəkkür edən nazirlik vergilərin vaxtında və dürüst ödənilməsinin ölkə iqtisadiyyatının daha da güclənməsinə xidmət etdiyini xatırladır.

 

11.01.2020 09:08

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ