Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AzSığorta” yüksəklikdən yerə çırpıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzSığorta” yüksəklikdən yerə çırpıldı

Rəhbəri rəqiblərinin endirimlərindən şikayətlənən “AzSığorta” ASC 2016-cı ili 2 milyon 299 min manat xalis mənfəət ilə başa vurub.  Bu, 2015-ci illə müqayisədə 7,6 dəfə azdır. “AzSığorta” 2015-ci ildə 17 milyon 370 min manat xalis mənfəət açıqlamışdı.

 

GƏLİRLƏRİ DƏ KƏSKİN AZALIB

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “AzSığorta”nın cəmi gəlirləri 28 milyon 844 min manat, cəmi xərcləri isə 25 milyon 970 min manat  təşkil edib. 2015-ci ildə Şirkətin cəmi gəlirləri 46 milyon 859 min manat, cəmi xərcləri isə 25 milyon 147 min manat olmuşdu.

 

2015-ci illə müqayisədə ötən il “AzSığorta”nın birbaşa sığorta üzrə topladığı sığorta haqları 32 milyon 417 min manatdan 22 milyon 526 min manata geriləyib (30,5% azalma).

 

Şirkət əvvəlki illərdə topladığı sığorta haqlarına və ödənişlərinə görə, böyük yox, ən böyük sığorta şirkətlərindən biri idi. Ötən ildən başlayaraq şirkətin ulduzu sönməyə başlayıb.

 

31 Dekabr 2016-cı il tarixinə “AzSığorta” 60 milyon 465 min manat cəmi aktivlərə, 33 milyon 439 min manat cəmi kapitala 27  milyon 26 min manat cəmi öhdəliklərə malik olub.

 

“MÜŞTƏRİLƏRİMİZİ İTİRİRİK”

 

“AzSığorta” şirkətinin Müşahidə Şurasının sədri Viladi Maniyev deyib ki, hazırda qoyulan qaydalarla avtomobillərin icbari sığortasını satmaq olmur. Çünki bəzi sığorta şirkətləri  müştərilərə 30% endirim təklif edirlər. Nəticədə müştərilərimizi itiririk”.

06.04.2017 06:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ