Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

"Onların bizim banklarda 35 milyard dollar vəsaiti var, ya kompensasiyanı ödəyəcək..."

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Onların bizim banklarda 35 milyard dollar vəsaiti var, ya kompensasiyanı ödəyəcək..."
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ amerikalı hərbçilərin İraqdan çıxarılacağı təqdirdə bu ölkədəki hərbi bazaların, aerodromların və səfirliyin tikintisi ilə bağlı kompensasiya tələb etmək hüququna malik olacaq.

 

ABŞ Prezidenti Donald Tramp bu barədə Fox News telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İraq tərəfi amerikalı hərbçilərin ölkədən çıxarılması barədə açıqlama versə də, fərdi şəkildə bunu dilə gətirmir.

 

Donald Tramp Vaşinqtonun Bağdaddan kompensasiya alınmasına necə nail olacağı barədə suala belə cavab verib. “Hazırda onların bizim banklarda 35 milyard dollar vəsaiti var. Hesab edirəm ki, onlar ya kompensasiyanı ödəyəcək, yaxud həmin vəsait hesablarda qalacaq”.

 

Xatırladaq ki, İraq Nümayəndələr Şurasının (parlament) deputatları yanvarın 5-də keçirilən təcili iclasda hökumətdən ölkədəki xarici qoşunların mövcudluğuna son qoymağı və terrorçuluğa qarşı beynəlxalq koalisiya ilə təhlükəsizlik barədə saziş çərçivəsində fəaliyyəti dayandırmağı tələb edib.

11.01.2020 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ