Qızıl fondlarındakı qızıl miqdarında yeni rekord

Qızıl fondlarındakı aktivlərin bazar dəyəri, keçən il 37% artaraq 141 milyard dollara çatıb.

 

"Marja" xəbər verir ki, Dünya Qızıl Şurasının (WGC) hesabatına görə, qızıl fondlarındakı qızılın miqdarı keçən il 400 ton artaraq 2 min 881 tona (92 min 634) çatıb. 2019-cu ilin sonunda qeydə alınan bu rəqəm bütün zamanların ən yüksək səviyyəsidir.

 

Qızıl fondlarındakı aktivlərin (qızılın) bazar dəyəri illik müqayisədə 37% artaraq 2019-da 141 milyard dollara qalxıb. Bu artımda qızılın unsiyasının qiymətindəki 18,4%-lik artım böyük rol oynayıb.

 

Bazar dəyəri əsasında il sonu bağlanış rekordu isə 147 milyard dollar səviyyəsi ilə 2012-ci ildə qeydə alınmışdı.  

 

Mərkəzi bankların yumuşaq pul siyasətlərinin və ticarət müharibələrinin səbəb olduğu qeyri-müəyyənliklər, 2019-da sərmayəçilərin qızıla yönəlmələrinə səbəb olub. 2019-dakı risklər 2020-də davam edə bilər

13 Yanvar 2020 , 08:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin