Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fitch: Neft ixrac edən ölkələr aşağı qiymətlərin təzyiqini hələ də hiss edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch: Neft ixrac edən ölkələr aşağı qiymətlərin təzyiqini hələ də hiss edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", bəzi önəmli neft ixracatçısı ölkələrin hələ də aşağı xam neft qiymətlərinin təzyiqini hiss etdiyini bildirib.


 
"Marja" xəbər verir ki, "Fitch Ratings"dən verilən açıqlamada, neft qiymətlərinin geriləməyə başladığı  2014-cü ilin İyun ayından bu yana təxminən 3 il keçməsinə baxmayaraq önəmli neft ixracatçısı bəzi ölkələrin hələ də aşağı qiymətlər səbəbindən maliyyə cəhətdən əziyyət çəkdiyi bildirilib.
 
 Açıqlamada, inkişaf etməkdə olan Avropa, Yaxın Şərq və Afrika regionlarındakı 14 ixracatçı ölkənin 11-də neft istehsalı xərclərinin xam neft qiymətlərinin üzərində olduğu vurğulanıb.

Reklam_3_11


 
 Sözügedən ölkələrin çoxunda qənaət, subsidiya islahatları,neft hasilat səviyyəsini yüksəltmək kimi yollarla istehsal xərclərinin keçən il azaldıldığı, ancaq bu tədbirlərin gec həyata keçirildiyi qeyd edilib.


 
 Açıqlamada, Nigeriya, Anqola və Qabonda artan dövlət xərcləri səbəbindən bu ölkələrdə 2017-ci ildə büdcə tarazlığının 2015-ci illə müqayisədə daha yüksək bir səviyyədə olmasının ehtimal edildiyi bildirilib.


 
Digər tərəfdən, aşağı neft qiymətlərinə qarşı Rusiyanın müdaxiləsinin vaxtında olduğuna işarə edilərək, bunun ölkənin reytinqinə müsbət əks olunduğu və  2016-cı ilin Oktyabr ayında ölkənin kredit reytinqinin proqnozunun  "neqativ"dən "sabit"ə qaldırıldığı xatırladılıb.


 
 Fitch Ratings, xam neft qiymətlərinin bu il  orta hesabla 52,5 dollar olacağını nəzərdə tutur.

06.04.2017 07:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ