Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Reklam agentliyi Nazirlikdən təxminən 1 milyon manatlıq sifariş aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Reklam agentliyi Nazirlikdən təxminən 1 milyon manatlıq sifariş aldı

Vergilər Nazirliyi "Maxmedia” Məhdud Məsuliyyətli Cəmiyyətinə məbləği 1 milyon manata yaxın olan sifariş verib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Vergilər Nazirliyi "Maxmedia” MMC ilə müqavilə imzalayıb. Məbləği 914 min 240 manat olan müqavilə video qrafika, video çarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, bukletlərin dizaynı, bukletlərin dizaynına düzəlişlərin edilməsi, tədbirlərin keçirilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn, təbrik açıqcalarının dizaynı və fərdiləşdirmə işlərinin satın alınmasının nəzərdə tutur.

 

"Maxmedia" reklam agentliyidir.

 

Xatırladaq ki, ötən ilin İyul ayında Vergilər Nazirliyi reklam xidmətləri göstərən iki şirkətlə 863 min 584 manatlıq müqavilələr imzalamışdı. 

 

Vergilər Nazirliyi “Maxmedia” şirkəti ilə qrafik, video və qrafik video çarxların, video təlimatların və reportajların hazırlanması, reklamların internetdə (sosial şəbəkələrdə) yerləşdirilməsi, dizayn, dizayna düzəlişlərin edilməsi və fərdiləşdirmə işlərinin satın alınması haqqında 534 min 984 manat dəyərində müqavilə bağlamışdı.

 

Bundan başqa, nazirlik "İnnova” şirkəti ilə açıq məkanda reklam yerləşdirilməsi xidmətinin satın alınması haqqında 328 min 600 manat dəyərində müqavilə bağlamışdı.

13.01.2020 06:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ