Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda kombaynlar istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kombaynlar istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Bu barədə zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib. 

 

Onun sözlərinə görə, müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə "Sampo Rosenlew" markalı kombaynlar yığılacaq. Bu ilin mart ayının əvvəlində yığım xəttinin istifadəyə verilməsi nəzərdə tutulub. 

 

“Bildiyiniz kimi "Sampo" firmasının müxtəlif model kombaynları Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində bu kombaynlar yüksək texniki göstəriciləri ilə yerli fermerlərin istifadəsindədir və rəğbətlə qarşılanır. "Gəncə Avtomobil Zavodu" "Sampo" kombaynlarının yığılması ilə bərabər onun Azərbaycan bazarında satışını, eləcə də satışdan sonrakı xidmətlərini həyata keçirəcək. Kombaynların həm də yaxın ölkələrə ixracı planlaşdırır”, -  deyə X.Fətiyev əlavə edib.

 

Onun sözlərinə görə, ixracla bağlı həm İB-nin  marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib.

 

“Biz "Sampo" şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə dünya markasıdır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş "Caspian Agro" 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirib və böyük marağa səbəb olub. Biz "Sampo" kombaynlarının satışı üçün Türkiyə bazarını yaxından araşdırırıq. Ümidvaram ki, yaxın vaxtlarda bu istiqamətdə böyük bir uğura imza atacağıq”, - X.Fətiyev bildirib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

13.01.2020 11:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ