Azərbaycandakı bank 16 milyon manatdan çox zərər açıqladı

"Bank Melli İran" Bakı filialı 2019-cu ili 16 milyon 556 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, filial 2018-ci ili 2 milyon 141 min 532 manat xalis mənfəət ilə bağlamışdı.

 

“Marja” xəbər verir ki, Bankın xalis zərəri ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyatın yaradılmasına 18 milyon 293 min manat ayırmadan qaynaqlanır. 

 

2018-ci ildə 2 milyon 873 min manat təşkil etmiş cəmi gəlirlər 2019-cu ildə 2 milyon 843 min manata, haqq və komissiya gəlirləri isə 178 min manatdan 286 min manata düşüb.

 

2018-ci ilin sonunda 110 milyon 441 min manat təşkil etmiş cəmi aktivlər 2019-cu ilin sonunda 98 milyon 719 min manatadək geriləyib, müştərilərə verilən kreditlər isə 3 milyon 578 min manatdan 4 milyon 185 min manata yüksəlib.

13 Yanvar 2020 , 17:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin