Prezidentin dollarlaşma səviyyəsi barədə sualına dərhal dəqiq cavab verə bilmədilər

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

 

"Marja" xəbər verir ki, müşavirədə müzakirələr aparılıb. Aparılan müzakirələr zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edib.

 

Elman Rüstəmovun çıxışından sonra Prezident əmanətlərdəki dollarlaşma səviyyəsini soruşub. Mərkəzi Bankın sədri Elman Rüstəmov və iclasdakı rəsmilər Prezidentin “Dollarlaşma ilə bağlı vəziyyət necədir?” sualına dərhal dəqiq cavab verə bilməyiblər.

 

Prezident İlham Əliyev: Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir?

 

Elman Rüstəmov: Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur.

 

Prezident: Bəli, əmanətlərdə.

 

Elman Rüstəmov: Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb.

 

Prezident: Faiz nisbəti nə qədərdir?

 

Elman Rüstəmov: Bu gün təxminən cənab Prezident....

 

Prezident İlham Əliyev: 55% Natiq Əmirov?

 

İclas iştirakçıları: 50-55%

 

Prezident İlham Əliyev: 55%?

 

Natiq Əmirov: 63%-ə düşüb.

 

Elman Rüstəmov: Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb.

 

Prezident İlham Əliyev: Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

 

Elman Rüstəmov: Son iki ildə.

 

Prezident İlham Əliyev: Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.

 

Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər.

 

Prezident İlham Əliyev: Bu da iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni, əsas indikatorlardan biridir.

 

Elman Rüstəmov: İqtisadiyyatın sağlamlaşdırılmasını, kreditlərin ucuzlaşmasını özündə əks etdirəcək.

13 Yanvar 2020 , 22:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin