Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qeyri-rəsmi məşğulluqla mübarizə gücləndiriləcək – HÖKUMƏTƏ TAPŞIRIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-rəsmi məşğulluqla mübarizə gücləndiriləcək – HÖKUMƏTƏ TAPŞIRIQ

Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də çıxış edib.

 

Reklam_3_11

Nazir çıxışında deyib:

 

“İnzibati tədbirlər nəticəsində ölkədə 2019-cu il ərzində 153 min əmək müqaviləsi artdı. Təqdirəlayiqdir ki, bunun 99 mini, yəni, böyük hissəsi məhz özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşdü. Əməkhaqqı fondu 42,3 faiz artdı, bu da çox böyük rəqəm idi, cəmi bir il ərzində əldə olunan nəticədir”.

 

Müşavirədə Prezident İlham Əliyev deyib: Bu, qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində baş verdi. Yəni, bu əmək müqavilələri, sadəcə olaraq, rəsmiləşdirildi. Bu, birinci onu göstərir ki, biz düzgün yoldayıq və aparılan siyasət nəticə verir, amma, eyni zamanda, hələ ki, kölgə iqtisadiyyatında minlərlə, on minlərlə insan işləyir. Ona görə kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir və burada çox ciddi koordinasiya aparılmalıdır. Mən Nazirlər Kabinetinə tapşırıq verirəm ki, bu məsələ ilə bağlı ayrıca müşavirə keçirsin və aidiyyəti qurumlar öz təkliflərini versinlər. Qurumlar arasında da çox ciddi koordinasiya işləri aparılmalıdır. 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi çox böyük hadisədir. Əlbəttə ki, həm şəffaflığa xidmət göstərir, eyni zamanda, pensiya təminatı üçün də bunun çox böyük əhəmiyyəti var.

14.01.2020 03:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ