Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Manatın məzənnəsi üçün 700 milyon dollarlıq əməliyyat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manatın məzənnəsi üçün 700 milyon dollarlıq əməliyyat

Ötən il Manatın bahalşamasının qarşısının alınması üçün bazardan 700 milyon dollardan artıq vəsait alınıb.

 

“Marja” xəbər verir ki, Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək bildirib:

 

“Neftin qiymətinin keçən il həm “Azəri Layt”, həm “Brent” üzrə bir qədər aşağı düşməsinə baxmayaraq, 6 milyardlıq xarici ticarət profisiti və bütövlükdə xarici valyuta mənbələrinin bazara şaxələnməsi şəraitində, həm turizmdən, həm qeyri-neft sektorundan və digər sahələrdən təklifin olduğu bir şəraitdə manatın məzənnəsi sabit qalmışdır. Bütövlükdə isə təxminən bazardan Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində qaldı ki, manatın möhkəmlənməsinə təsir göstərməsin”.

 

Müşavirədə Prezident İlham Əliyev deyib: Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. 

 

Məlumat üçün bildirək ki, sterilizasiya əməliyyatı artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır.

14.01.2020 03:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ